!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gənclər hərəkətverici qüvvədir” – Naxçıvan Ali Məclisinə deputatlığa namizədin seçicilərə MÜRACİƏTİ

!Reklam – Yazi

“Dünya ölkələrində gənclər sosial-iqtisadi inkişafın, zəruri islahatların hərəkətverici qüvvəsi hesab olunur”.

Yenicag.az Naxçıvan Muxtar Respublikası 15 saylı “Qarabağlar” seçki dairəsindən deputatlığa namizəd Amar Qasımovun seçicilərə müraciətini təqdim edir.

Naxçıvan Muxtar Respublikası 15 saylı “Qarabağlar” seçki dairəsindən deputatlığa müstəqil namizəd, Naxçıvan Dövlət Universitetinin müəllimi Qasımov Amar Dağbəyi oğlu 1982-ci ildə Şərur rayon Qarabağlar kəndində anadan olub.

2000-2004-cü illərdə Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu və audit ixtisasını bakalavr dərəcəsi, 2004-2006-cı illərdə isə həmin ixtisası magistr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib.

2006-2007-ci illərdə hərbi xidmətdə olub. Ehtiyatda olan zabitdir.

2008-2016-cı illərdə müxtəlif dövlət orqanlarında çalışıb. Kiçik dövlət qulluqçusudur.

2016-cı ildən Naxçıvan Dövlət Universitetinin “İqtisad” fakultəsinin Mühasibat uçotu və maliyyə kafedrasının müəllimidir. Naxçıvan Dövlət Universitetinin dissertantıdır. Beş elmi məqalənin müəllifidir.

Ailəlidir.

Seçicilərə müraciəti:

“Əziz seçicilər! Azərbaycanda aparılan uğurlu dövlət gənclər siyasəti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bu siyasət ölkə başçısı tərəfindən məqsədyönlü şəkildə davam etdirilir.

Tarixən hər bir xalq öz xoşbəxt gələcəyinə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Dünya ölkələrində gənclər sosial-iqtisadi inkişafın, zəruri islahatların hərəkətverici qüvvəsi hesab olunur.

Bu gün Naxçıvan Muxtar Respublikasında gənclər siyasəti Ali Məclisin Sədri tərəfindən yeni mərhələyə daxil olub. Muxtar respublika rəhbərinin fərmanı ilə potensiallı gənc istedadların dövlət qayğısı ilə hərtərəfli əhatə olunması bunun əyani nümunəsidir.

Qayğılara gəldikdə, deputatlardan əvvəl Ali Məclis Sədrinin qayğısı ilə əhalinin problemləri həll olunub və həll olunmaqdadır. Amma yenə də bu sağlam mühitdə sağlam düşüncə və bacarıqla xalqın yanında xidmət etmək üçün vicdanlı, öz vəzifəsinin öhdəsindən layiqincə gələ biləcək gənc kadrlara hər zaman ehtiyac yaranır.

Mən də bu fikirlərin daşıyıcısı kimi, Cənab Prezidentimizin həyata keçirdiyi islahatlardan güc alaraq dövlətimə, millətimə, xalqıma layiqli xidmət etmək üçün 15 saylı Qarabağlar seçki dairəsindən Naxçıvan MR Ali Məclisinə seçkilərdə deputatlığa namizədəm.

Əziz seçicilər!

Atalar “Elə arxalanan igidin, arxası yerə dəyməz” deyiblər. Mən də Sizə arxalanıram və Sizləri 9 fevral 2020-ci ildə Muxtar Respublikamızda keçiriləcək Ali Məclisə seçkilərdə fəal olmağa, Amar Dağbəyi oğlu Qasımova səs verməyə çağırıram.

Bu dəfə özünüz seçin!”

www.yenicag.az

1606
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv