“Gənclər ölkənin qızıl insan kapitalıdır” – Ceyhun Bayramov

Azərbaycan təhsil naziri Ceyhun Bayramov məzunları orta məktəbi başa vurmaları münasibətilə təbrik edib.

Yenicag.az-ın məlumatına görə, C.Bayramov məzunları ünvanladığı müraciətində bildirib:

“Əziz məzunlar! Sizi, müəllim və valideynlərinizi bu unudulmaz gün münasibəti ilə ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan təbrik edir, ən xoş arzularımı bildirirəm! Siz bu gündən həyatınızın tamamilə yeni dövrünə qədəm qoyursunuz. Ciddi qərarlar qəbul etmək, peşə seçimini dəqiqləşdirmək astanasındasınız. Seçəcəyiniz yol həyatınızın böyük hissəsini müəyyən edəcəkdir. Məktəbdə öyrəndiyiniz bilik və bacarıqlar, fəal vətəndaş mövqeyi və dəyərlər bu yolda sizə zəruri dəstək verəcək.

Əminəm ki, Siz özünütəsdiq inamınızla arzuladığınız gələcəyi quracaq, ölkəmizin adına layiq vətəndaş və mütəxəssis olacaqsınız”, – deyə bildirilir.

C. Bayramov onu da qeyd edib ki, ömür boyu öyrənmə yanaşması, səmərəli ünsiyyət və əməkdaşlıq bacarıqları olan, Vətən sevgisi ilə yaşayan gənclər ölkənin qızıl insan kapitalıdır: “Sizin hər biriniz Azərbaycan üçün dəyərli və əvəzolunmazsınız! Həyatınızın yeni mərhələsində sizə uğurlar arzulayıram!”.

COP29