Gənclər təşkilatları gənclərə təhsil kreditlərinin verilməsini təklif edir

tr4Q0Cui698fAzərbaycanda gənclərə təhsil kreditlərinin verilməsi təklif olunur. Belə bir təşəbbüslə ölkənin aparıcı gənclər təşkilatları çıxış edib.

Mövzu ilə bağlı açıqlama verənGənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə deyir ki, hər il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında abituriyentlərin 70 % ödənişli əsaslarla ali təhsil müəssisələrinə qəbul olur: “Bu baxımdan Təhsil Krediti aktual problem məsələ qalır. Bu gün Cənab Prezidentin rəhbərliyi altında təhsildə geniş islahatlar gerçəkləşdirilir, bu sahəyə böyük investitsiyalar edilir. Amma təəssüflər olsun apardığımız ilkin araşdırmalar onu deməyə əsas verir ki, ölkədə fəaliyyət göstərən banklar sadəcə formal olaraq bu kredit növündə “Təhsil” sözünü saxlayıblar. Beləki telefon sorğumuz zamanı təhsil kreditinə görə banklardan fantastik illik faiz dərəcələri ilə qarşılaşdıq. Özəl və Dövlət ali təhsil müəssisələrində illik ortalama təhsil haqqının 2000 manat olduğu halda , bu məbləği əldə etmək istəyən tələbə 12 ay müddətində faktiki illik 32 faiz dərəcəsini, kredit verilməsi və kredit analizi üçün komisyon ödəməlidir”.

Fəxrəddin Həsənzadənin sözlərinə görə, qəbul imtahanlarında aşağı nəticə göstərib ödənişli əsaslarla universitetlərə qəbul olan tələbələr heç də intellekt , dünyagörüşü baxımından geri qalmırlar: “Biz də buna əsaslanaraq sözügedən şərtlər ilə tələbə adını qazanan əhalinin aztəminatlı təbəqələri üçün keyfıyyətli təhsilin əlçatanlığının təmin etmək üçün Təhsil Kreditlərinin sərfəli şərtlər ilə verilməsinə nail olmalıyıq.

Məhz Azərbaycanda Təhsilin inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq davamlı iqtisadi inkişafın təmin edilməsi, sosial –iqtisadi həyatının dahada modernləşdirilməsi üçün əhalinin təhsil səviyyəsinin yüksəldilməsi vacibdir və ictimai birliklər , təşəbbüs qrupları olaraq bu problemlərin həlli istiqamətində lazımı addımların atılmasını vətəndaş cəmiyyəti olaraq özümüzə borc bilməliyik”.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı isə mövzu ilə bağlı diqqəti daha çox xaricdə təhsil almaq istəyən gənclərin üzərinə çəkir. Birlik sədri deyir ki, son illər ölkəmizdə gənclərin xaricdə təhsilə marağı sürətlə artmaqdadır. F.Şahbazlı qeyd edir ki, hətta bununla bağlı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” da mövcuddur: “Şübhəsiz ki, cəmiyyətdə xaricdə təhsillə bağlı məsələyə müxtəlif yanaşmalar ola bilər və bütün bunlar müzakirə olunandır. Amma reallıq odur ki, gənclərimizin xaricdə təhsil alması onların gələcəkdə ölkəmiz üçün yüksək ixtisaslı kadrlar kimi yetişməsi ilə yanaşı, diasporumuzun gəncləşməsi və və mobilləşməsi baxımından da çox önəmlidir”.

Fərid Şahbazlı qeyd edib ki, bu gün bir çox gənclər xaricdə təhsil almaq arzusunda olan gənclərimiz çox olsa da, bir çox hallarda xaricdə təhsil üçün xərclərin çoxluğu gənclərin bu istəklərini reallaşdırmasına imkan vermir: “Azərbaycanda dövlət və Cənab Prezident İlham Əliyev səviyyəsində təhsilə böyük diqqət və qayğı var. Düşünürük ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, təhsil bir millətin gələcəyi olduğu üçün yalnız dövlət deyil, özəl sektor da təhsil sahəsinə yatırımlar etməlidir. Bu mənada hesab edirik ki, ölkəmizdə fəaliyyət göstərən bankların gənclərə təhsil kreditləri verməsinə ciddi ehtiyac var. Şübhəsiz ki, bunun üçün zəruri hüquqi və iqtisadi baza formalaşdırılmalıdır”.