!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənclər təşkilatlarının çoxluğunun faydası varmı?

!Reklam – Yazi

Gənclər-təşkilatları

300 təşkilatdan neçə faizi aktivdir?

Azərbaycanda 300-dən artıq gənclər təşkilatı var. Bu təşkilatların neçəsini ictimaiyyət tanıyır? Neçə faizi ortaya əməli fəaliyyət qoya bilir? Gənclər Təşkilatlarının özlər necə, bu 300 təşkilatdan neçəsini tanıyırlar? Beləliklə, Yenicag.az həm ölkədəki gənclər təşkilatlarının rəhbər şəxslərinin, həm də sosial şəbəkələrdə aktiv olan gənclərin düşüncələrini sizinlə paylaşır.  Beləliklə, “Dövlət Gənclər siyasətinin həyata keçirilməsində ölkədəki 300 gənclər təşkilatının neçə faizini fəal hesab edirsiniz və bu rəqəm qənaətedicidirmi?” sualına cavablar:

Türkan Nadirqızı, Azeritimes.az-ın baş redaktoru : “Azərbaycanda Dövlət Gənclər siyasətinin həyata keçirilməsində ölkədəki 300 gənclər təşkilatından demək olar ki, hazırda yarısı fəal olaraq çalışıb ortaya müəyyən işlər qoya bilirlər. Və düşünürəm ki, bu rəqəm qaneedici deyil. Çünki Azərbaycan gənclər siyasətində gənclər təşkilatının rolu olduqca əhəmiyyətlidir. Və yaxşı olardı ki, bu say artsın. Və gənclər təşkilatları Dövlət Gənclər siyasətində mühüm rol oynasınlar”.

Anar Xəlilov, “Sağlam inkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri:

“Azərbaycanda gənclər təşkilatlarının fəaliyyəti 90-cı illərin sonu və 21 əsrin ilk onilliyində daha fəal və nəzərəçarpan idi. O dövrdə gənclər təşkilatlarının da sayı 70- 80-a çatırdı. Gənclər Təşkilatları ARGTMŞ-da birləşərək daha fəal fəaliyyət göstərirdilər. Xüsusilə mən o dövrdə Gənclər Təşkilatları Milli Şurasının bu istiqamətdə gördüyü işi müsbət dəyərləndirirəm. Biz Yuxarı Dağlıq Qarabağın ilk və yeganə Gənclər təşkilatı olaraq ARGTMŞ-in xüsusilə də Fuad Muradovun, Gənclər və İdman Nazirliyinin yaxından dəstəyi ilə fəaliyyətimizi yüksək səviyyədə qurmuşduq. Azərbaycanda yerli fondlar yaranana qədər Gənclər və İdman nazirliyi daim Gənclər təşkilatlarına malliyyə yardımları verib. Bu hal təqdirəlayiqdir. Bu gün isə 300 gənclər təşkilatı var, amma nədənsə fəaliyyətləri o qədər də gözə dəymir. Düzdür, qrant alırlar, layihə həyata keçirdirlər. Amma o aktivlik ki, vaxtilə gənclər təşkilatları qrant almadan belə könüllü olaraq nümayiş etdirirdilər, bu gün yoxdur. Bu gün Prezidentin qayğısı var, amma aktivlik nümayiş olunmur, bu ciddi sualdır. Bizim kimi bəzi veteran təşkilatlar bu gün müxtəlif bəhanıə ilə gənclər sferasından uzaqlaşdırılmışıq. Amma buna baxmayaraq məhdud imkanlarla yenə də özümüzü gənclər təşkilatı kimi saxlayırıq. Biz fəxr edirik ki, gənclər hərəkatına Hedər Əliyev ideyaları ilə qoşulmuşuq. Biz daim dövlətçiliyə xidmət etmişik, bu gün də edirik. Bu gün ortada gənclər adından çıxış edənlər sanki bu sferanı monopoliyaya almağa cəhd edirlər. Bir özü, bir möhürü olan gənclər təşkilatları 200-dən çoxdu və konkret məqsədləri qrant almaqdır. Heç bir məsələyə münasibət bildirmirlər. Ona görə də onların fəaliyyəti gözə dəymir, ancaq şəkil çəkdirmək və sosial şəbəkələrdə yayımlamaq onların fəaliyyətinin əsas hissəsidir. Sanki adama elə gəlir ki bunlar ancaq kimlər tərəfindənsə qrant almaq üçün yaradılıb. Amma inanıram ki, artıq bu istiqamətdə müsbət işlər görülür və bunun nəticəsi olaraq, tez bir vaxtda dönüşün şahidi olacağıq”.

Hüseyn Cavadzadə, “Addım” Gənclər Təşkilatının sədri: “Düşünürəm ki, Azərbaycan Dövləti gənclərimiz və gənclər təşkilatlarımız üçün istənilən şəraiti yaradıb. Düzü sualdan təəcübləndim çünki ölkəmizdə 300 gənclər təşkilatın olduğunu bilmirdim. Daha fəal olan maksimum 10 təşkilatın adını sadalaya bilərəm. Çünki bu elə bir sahədir ki, fəaliyyət əgər varsa göz önündədir əgər yoxdursa ümumiyyətlə bu haqda danışmağa dəyməz. Ümumiyyətlə, Sovet təfəkküründən qalan təşkilat anlamı məncə ölkəmizdə son illər daha da müasirləşir və pafosdan uzaqlaşır. QHT sektorunda çalışan insanlar da bunun fərqində olmalıdırlar ki Gənclər təşkilatı partiya deyil, Gənclərin təşkilatıdır. Onların maraqlarını nə qədər əhatələsək o qədər məhsuldar olacağıq”.

Turac MusayevDemokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin Idarə Heyətinin üzvü: “Qeyd edim ki, ötən 2005-2009-cu illərdə gənclər siyasəti proqramına uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, sağlam həyat tərzinin təbliği istiqamətində mühüm işlər həyata keçirilmişdir. 2007-ci ildə isə ölkəmizdə gənclər ili elan edilmiş və bu istiqamətdə bütün regionlarda davamlı şəkildə müxtəlif miqyaslı çoxsaylı tədbirlər gerçəkləşdirilib. Prezident, cənab İlham Əliyev tərəfindən 6 aprel 2011 –ci il tarixində “Azərbaycan gəncliyi 2011-2015 –ci illərdə” Dövlət Proqramı haqqında sərəncamın imzalaması isə ölkəmizdə gənclərə yönəlik siyasətin sistemli xarakter daşıdığını bir daha sübut etdi. Bir faktı qeyd edim ki, əgər 2005-2009-cu illərdə icra edilən dövlət proqramına büdcədən 8 milyon 375 min manat manat ayrılmışdırsa, hazırki proqrama bundan təxminən 10 dəfə çox vəsait ayrılıb. Bu fərq onu göstərir ki, Azərbaycan gənclərinə dövlət qayğısı son illər daha da artmış və onların inkişafı üçün zəruri şərait yaradılmışdır.

Mənim təmsil olunduğum Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyidə ( DANİB ) “Azərbaycan gəncliyi 2011-2015 –ci illərdə” Dövlət Proqramının hazırlanması üçün keçirilən ictimai müzakirələrdə fəal şəkildə iştirak edib. Biz də bu ictimai müzakirələrdə öz təkliflərimizi təqdim etmişik və onların bəziləri sevindiricidir ki, yekun sənəddə nəzərər alınıb.
Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib.Dövlətin gənclər siyasətinin həyata keçirilməsində QHT-lərin reallaşdırdıqları daxili və beynəlxalq layihə və tədbirlərdə muhüm rol əhəmiyyətə malikdir.
Gənclər təşkilatlarının sayının da artraraq 300-ü keçməsi də şübhəsizki aparılan düzgün siyasətin, qayginin nəticəsidir.
Sevindirici haldır ki, bu gün regionlarda yaranan və aktiv fəaliyyət göstərən gənclər təşkilatlarının sayında da artım hiss olunur. Ancaq bu günkü gəncliyin qarşısında böyük hədəflər durur, onların həyata keçirilməsi üçün daha çox işlər görülməlidir.”

Elnur Eltürk, “Diaspor” Jurnalistlər Birliyinin İdarə Heyətinin üzvü:“Təbii ölkədə olduqca fəal gənclər təşkilatları var.Onların fəaliyyətinə izlədikcə,bu ortaya çıxır. Onlar keçirdikləri tədbirlərlə də bunu sübut edirlər. Xaricdə Azərbaycanın tanıdılmasında çox fəal gənclərimiz və təşkilatlarımız var.

Düzdü, gənclər siyasəti ilə bağlı bir sıra təşkilatların fəaliyyəti o qədər ürəkaçan deyil. Bəlkə də zamanla onlar fəaliyyətlərini gücləndirəcəklər. Amma,bütün bunların fonunda gənclərin fəallığı gələcək üçün yaxşı ümidlər vəd edir. Təşkilatlar fəaliyyətlərində koordinasiya əlaqələrini üstünlük verməlidirlər”.

Səbuhi Abbasov, Azərbaycan-Slavyan Gəncləri Assosasiyasının sədri:

“Dövlət gənclər siyasəti qanun şəklində çox unikaldır. Ulu Öndər tərəfindən əsası qoyulan bu siyasət bu gün Cənab Prezident tərəfindən daha uğurla davam etdirilir. Burda başqa bir məqam var. 300-dən çox təşkilatdan 10-15-i demək olar ki, fəaliyyət göstərir. Yerdə qalanları isə müəyyən maraqlara cavab vermək üçün yaradılıb. Bir qisim xarici qrantlarla ölkə maraqlarına zidd fəaliyyət göstərir, bir qisim isə bəzi nüfuzlu adamların kurasiyası ilə vəsait silməklə məşğuldur.
Digər bir problem bundan ibarətdir ki, bu işi heç kəs koordinasiya eləmir. Bizim təşkilat Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının dünyanın 3 ölkəsində nümayəndəliyi var və ciddi fəaliyyətlə məşğuluq. Beynəlxalq tədbirlərdə gənc qht-lərimizin gücü çox azdır. Biz bəzi beynəlxalq forumlarda iştirak edərkən rəqiblərimizin daha güclü olduğunun şahidi oluruq. Bu faktdır. Yəni deyirəm, işləyən təşkilatlar var. Lakin bu ümumi göstəricinin 10-15 faizini təşkil edir. Bu məsələ ciddi şəkildə təhlil edilməlidi. Bəzi işlək QHTlərə tam şərait yaradılmalı, onların maddi-texniki bazasının möhkəmləndirilməsi üçün xüsusi proqramlar qəbul edilməlidir”.

Asim Vəliyev, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri:”2005-2009-cu illər və 2005-2014-cü illər üzrə dövlət Gənclər proqramının qəbulu və icrası bilavasitə gənclər təşkilatlarının iştirakı ilə həyata keçirilib.

Dövlətin müvafiq qurumlarının iştirakı ilə geniş diskussiyalardan sonra qəbul olunan sənədlərin icrasında da gənclər təşkilatları bu gün fəal iştirak edirlər. İl-ildən gənclər təşkilatlarının sayının artması faktdır. Ancaq 300 rəqəminin real fəaliyyətdə hamısının əksini tapdığını görmürük. Bəzən olur ki gənclər bir araya gəlir, təşəbbüslərini gerçəkləşdirmək üçün birlik formatı kimi gənclər təşkilatı yaradırlar, hansısa tədbirlər keçirirlər. Bir qədər keçəndən sonra problemlərlə qarşılaşan kimi ruh düşkünlüyünə qapılırlar və demək olar ki, yaratdıqları qurum dondurulmuş halda qalır. O cəhədən bəlkə də qeydiyyatdan keçən təşkilatların hamısının fəal olmamağını normal qəbul etmək olar. Ancaq sanki bu sahədə bir neçə təşkilat çalışırmış kimi vitrin QHT-nin təbliğ olunması ilə razı deyiləm”.

Ramin Rzayev, Bakı Dövlət Universitetinin müəllimi: Dəqiq demək mümkün deyil,ancaq Oğuz QHT,Müasir inkişaf İctimai Birliyi, Demokratik Azərbaycan Naminə İctimai Birliyi,İrəli İctimai Birliyi,Türk Dünyası Araşdırma Vakfı- bunları fəal hesab etmək olar.

Gunay Həsənli, “Axın” İctimai Birliyinin şöbə müdiri: Elə biri də bizim təşkilatdır. Əlimizdən gələni edirik .Ancaq təşkilatların çoxu qənaətbəxş deyil. 30-40 faizi işləkdir.

Rəşid Mustafazadə,BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin mətbuat katibi, gənc jurnalist : Gənclər siyasətinin həyata keçirilməsində keyfiyyətə nail olmaq üçün biz kəmiyyətə bir o qədər önəm verməməliyik. Ölkəmizdə çox təəssüf ki, gənclər sektorunda son zamanlar təsadüfi və müəyyən təmənna güdən şəxslərin sayı çoxalıb. Bunun qarşısını almaq üçün QHT-lərin qeydiyyatı məsələsində müəyyən məhdudiyyətlər, tələblər qoyulmalıdır. Lakin, sirr deyil ki, sözün əsl mənasında gənclərimizə xidmət edən, onların inkişafı naminə əlindən gələni edən təşkilatlarımız da az deyil. Ölkəmizdə gənclərin üz tuta biləcəyi və inanacağı ünvanlar var və inanıram ki, bu ünvanların sayı daha da artacaq.

Facebookda aktiv olan gənclərdən bəzilərinin mövqeyini də öyrəndik.

İnci Yusifova: Özüm  gənc  olsam da,  gənclər təşkilatı barədə məlumatım yoxdur . Birdə belə sorğuları sosial şəbəkələrdə deyil cəmiyyət içində keçirsəniz yaxşı olar.

Aynur: Мən оnlarda ümumiyyətlə fəallıq  görmürəm .Хala-xətrin qalmasın deyə, deyə, ildə  bir  dəfə  tədbir keçirirlər. Özlərini gözə soxurlar, sonrada çəkilirlər qırağa Dəqiq yada sala bilmirəm, amma jurnalist olaraq, hərdən kiv-də rastlaşıram. Onların keçirdiyi tədbirlər ünvanına çatmır, elə bil 10 -15 nəfərdən ötrü keçirirlər.

Turac Teyyubqızı: Fəaliyyətləri o qədər də qənaətbəxş deyil. 3-4-ün adını tanıyıram. Biri yadımdadır, AGAT.

Mammadova Almaz: Məncə, gənclər siyasətinin həyata keçirilməsində ölkədəki aktiv gənclər təşkilatının sayı barmaqla sayılacaq qədərdir. Bu rəqəm qənaətbəxş deyil. Çünki “inkişaf etməkdə olan bir ölkə” üçün bu çox pis nəticədir.

Tural İsmayilzadə: İstər 300 istərsə də, 300 000! Yenə heçnə dəyişməyəcək, çünki bu dünya xəritəsi hələ bizdən 100 illər əvvəl çəkilib və ona uyğun olarag yollar salınıb, Bizdə razılaşıb hamılıqla bu yolla getməliyik. Ancag bu 300 gənc qətiyyətli addım atsalar, bəlkə də 100 il bundan sonrakılar üçün bir yol xəritəsi çəkə bilərlər.

Rufane Qurbanova:  Düzü, mən gənclər təşkilatlarının heç birinə üzv olmamışam. Amma bəziləri var ki, nələrsə etməyə çalışırlar. Amma 300 təşkilatdan çox az qismi göz önündədir və ətrafında gəncləri birləşdirə bilir. Elə bu 300 təşkilatın hamısı yaxşı işləsə, nəsə əldə etmək olar.

Zemfira Salahova:Heç o qədər gənclər təşkilatı olduğunu bilmirdim.Fəaliyyətlərindən. хəbərim уохdur.Deməli fəal deyillər.İrəli  və Dalğa təşkilatlarını tanıyıram. O da, fəal olduqlarından deyil, reklamları bol olduğundan bunlar ağlıma gəldi.

Tural: Heç birini fəal hesab etmirəm.Gəncləri bir yerə yığmaq üçün əvvəlcə maarifləndirmə istiqamətində işlər aparılmalıdır.Maarif yönündə bir iş görən gənclər təşkilatına rast gəlməmişəm. MGT,TGT,NİDA, MFM  kimi təşkilatlardan xəbərim var.

Arzu Məmmədova:Rəqəm kifayət qədər qane edir, ancaq işləri qane etmir.Heç bir təşkilat adı tanımıram. Həyatımda bir rolları olmayıb.

 Kamran ƏDALƏTOĞLU

www.yenicag.az

891
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv