!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənclər üçün Təhsil Mərkəzindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi – FOTOLAR

!Reklam – Yazi

Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi” tərəfindən Ağcabədi rayonunda valideyin himyəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları üçün 1 İyun Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbiri giriş sözü ilə GTM Qarabağ ofisinin rəhbəri ,Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Telmanqızı açaraq 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik edib: “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Bu səbəbdən də uşaqlara daimi xüsusi qayğı və diqqət göstərilməlidir. Uşaqları Beynəlxalq Müdafiə Günü ölkəmizdə hər il təntənəli şəkildə qeyd olunur. Düşünürəm ki, hər bir azərbaycanlı əlindən gəldiyi qədər azyaşlılardan öz sevgisini, mərhəmətini, köməyini əsirgəməməlidir”.

“İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi”nin fəaliyyətindən söz açaraq diqqətə çatdırıb ki, mərkəzin əsas məqsədi Azərbaycanda əlil və sağlamlıq imkanları məhdud olan uşaqların tibbi müalicəsini təşkil etməkdən, onların reabilitasiyasından, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün başqa vətəndaşlarla bərabər imkanlar almasından və bunlarla bağlı müvafiq işlərin həyata keçirilməsindən ibarətdir.

Tədbirdə ARİH əməkdaşı Təyyar Hacıyev, YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov, təşkilatın əməkdaşları Mehman Novruzov, Ramil Nağıyev, Rayon Təhsil şöbəsinin əməkdaşı Fehruz Rəfiyev, Rayon Polis Şöbəsinin əməkdaşı Taleh Abbasov, Ağcabədi MKS-nin əməkdaşları Təranə Məmmədova, İlhamə Musayeva, Salmanbəyli kənd tam orta məktəbinin direktoru Gülbikə Mamedova, 2 saylı körpələr evi -uşaq baxçasının direktoru Səadət Həsənova, 5 saylı tam orta məktəbin müəlliməsi Lalə Bayramova, 8 saylı tam orta məktəbin müəlliməsi Aytəkin Paşayeva, 11 saylı tam orta məktəbin müəlliməsi Sevda Məhərəmova, 8 saylı körpələr evi-uşaq baxçasının direktoru Əsmər Şərifova və Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Qarabağ Muğam Mərkəzinin müəllim va şagird kollektivi iştirak edib.

Tədbir uşaqların ifasında təqdim edilən edilən musiqi,səhnə,rəqs nömrələri ilə davam edib. Sonda uşaqlar hər kəsi sülhə səsləyərək, sülh rəmzi olan göyərçinləri havaya uçurublar.

www.yenicag.az

1399
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv