Gənclər və İdman Nazirliyinin Kollegiyasının tərkibi dəyişib.
Yenicag.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Kollegiyanın üzvləri sırasına Gənclər və İdman Nazirliyinin regional idarələrinin rəisləri daxil edilib.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının prezidentini isə “Azəridmanservis” MMC-nin direktoru əvəzləyib.