Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.39-1-ci bənd əlavə edilir:
“8.39-1. idman yarışlarının manipulyasiyası ilə mübarizə tədbirləri həyata keçirmək;”.
Yeniçağ.Az