!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimiz Kosovo səfərindən məğlub qayıdır

!Reklam – Yazi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Yenicag.az xəbər verir ki, millimiz səfərdə Kosovo yığması ilə qarşılaşıb. Bu, komandamızın yeni baş məşqçisi Rəşad Sadıqovun rəhbərliyi altında ilk rəsmi oyun idi.

Qeyd edək ki, bunadək qrupda keçirdiyi 5 oyunun 4-də məğlub olan və 1-də heç-heçə edən millimiz turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmışdı. Həmin yeganə heç-heçə də Bakıda məhz Kosovo ilə görüşdə qeydə alınmışdı. Amma cavab qarşılaşmasında millimiz bu rəqibə 2 cavabsız qolla məğlub olub.

AÇ-nin seçmə mərhələsi
5-ci qrup
22 mart

Kosovo – Azərbaycan 2:0
Qol: F.Hasani, 54. B.Kolgeci, 61.
Baş hakim: Donald Robertson (Şotlandiya).
Mitrovitsa. Adem Yaşari Olimpiya stadionu.

www.yenicag.az

1498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv