!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənclərimizi necə fətullahçı edirlər? – Moskvada bir “ev imamı”nın izi ilə..

!Reklam – Yazi

 

5796ed0dc03c0e44f86362e2Bir həftə bundan əvvəl yayınladığımız ilk məqaləmizdə Moskvada yaşayan iki valideynin müraciətindən yazmışdıq. Həmin müraciətdə valideynlər bizdən kömək istəyirdilər ki, övladlarının düşdüyü sektadan çıxarmağa yardım edək. Adı çəkilən sekta isə Rusiyada fəaliyyət göstərən bir qrup azərbaycanlıdan ibarət FETÖ    qruplaşması idi.

Apardığımız araşdırmalar nəticəsində, sektada ev imamlarından tutmuş, bazarlarda azərbaycanlılardan diaspora adı ilə pul yığanlara kimi bir çox şəxsi müəyyənləşdirdik.
Eyni zamanda adı bir neçə dəfə yazdığımız məqalələrdə çəkilən Moskvada ev imamı olan Elvin Atakişiyevin barəsində də bir çox mətləb aydın oldu. Bəlli oldu ki, o, özünün FETÖ-yə bağlı olduğunu inkar etməkdədir. Məqalə ilə tanış olan və Elvinin təsiri altıda olan bir neçə nəfər ondan yazılanların nə qədər doğru olduğunu soruşub. Elvin isə cavabında yazılanların iftira olduğunu və məqalə müəllifini mərkəməyə verəcəyini söyləyib. Amma Elvin “müəllim” onun bəzi təbliğat xarakterli mesajlarını əldə edə biləcəyimizi gözləmirdi. Həmin mesajların bəzilərini sübüt kimi dərc edəcəyik ki, bir çoxları bu məsələdə nə qədər dərinə getdiyimizi və nə dərəcədə ciddi olduğumuzu anlasınlar. Elvin Atakişiyevin imam olduğu evlərdən birinə gələn gənclərdən biri “Elvin abisinə” yazır ki, ona “Asrı Saadetten günümüze İnfak kahramanları” kitabı lazımdır. Elvin isə həmin kitabı oxumağa verə biləcəyini yazır. Adı çəkilən həmin kitab 2011-ci ildə Fətullah Gülənin təbliğatına həsr olunan və “Zaman” və “Bu gün” qəzetlərinin yazarı Ali Demirel tərəfindən yazılan kitablardan biridir. Bu gülənçiliyin Atakişiyev tərəfindən təbliğ edildiyini göstərən çoxsaylı sübutlardan biridir.

111Şahidlər deyir ki, beyinləri yumaq üçün belə psixoloji təlimlər tez-tez Elvin tərəfindən keçirilirdi. Hər həftənin çərşənbə və cümə günləri müxtəlif evlərdə sektanın aktiv üzvləri, ev imamları və ev xanımları yeni tanış olduqları müridləri ehsana dəvət etməklə, onlara FETO-çuluğu təbliğ edən müxtəlif psixoloji filmləri nümayiş etdirirdilər. Həmin filmlərdən birinə baxan gənclərdən biri belə söyləyir:

222“Məni başqaları ilə birlikdə Moskvanın güneyində yerləşən Prajski metrosundakı evlərdən birinə ehsan süfrəsinə dəvət etdilər. Çox maraqlı idi, çünki ilk dəfə idi ki, Moskvada kimsə evinə qonaq çağırırdı. Bir ildən artıqdır ki, təhsil aldığım universitetin tələbə yataxanasında yaşayıram və coxdandır ev xörəyi yemirdim, ona görə də sevinərək gedirdim. Ehsan süfrəsi döşəmədə açılmışdı, bir qədər təəccübləndim ki, XXI əsrdə də yerdə oturub xörək yemək olar? Amma elədə önəm vermədim. Yeməkdən sonra filmə baxmaq üçün başqa otağa dəvət etdilər. Hamı burada da döşəmədə əyləşmişdi. Göstərilən film çox təsirli idi, süjetdə müsəlmanların zülmündən və əzablarından söhbət açılırdı. Səhv etmirəmsə, filmin adı “Kelebek” idi. Yataxanaya geri dönənə qədər bu filmin təsiri altında oldum. Amma sonradan həmin gün yaşadığım anları bir-bir analiz edəndən sonra, qərara gəldim ki, bir də o insanların yanına getməyim. Çünki onlarda insanları təsir altına salmaq cəhdini hiss etdim. Şübhələrimdə yanılmadım. Elvin müəllim sabahı gün bir neçə dəfə zəng edib yenidən görüşə çağırdı, amma getmədim. Məni o insanlarla tanış edən dostum isə artıq onların tam təsiri altında idi. Elvin ona tez-tez dini videolar göndərir, hansısa məktəbə dəvət edirdi və deyirdi ki, gəlin məktəbə, oturaq ehsan yeyək, həm də məktəbin təmirinə kömək edək, Allah rizası üçün. Sonradan bildim ki , bu insanlar Noskvada məkdəb də açır və Allah adından istifadə etməklə bizim kimi cavanları aparıb, orada pulsuz işlədirlər.

333İkinci məqalənin sonunda, sizin nəzərinizə Elvin Atakişiyevin başqa bir tələbəyə verdiyi təlimatın sübutunu nümayiş etdiririk. Bu yazışmada Elvin tələbəyə evdəki qohumlarını necə inandırmağın yolunu, onları acıqlandırmamaqla necə aldatmaq lazım olduğunu göstərir.

II Yazının sonu

 

www.yenicag.az

1111
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv