“Gənclərin fiziki və mənəvi hazırlığının artırılması” layihəsi Azərbaycan Gənclər İttifaqı tərəfindən bu ilin may ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşərək həyata keçirilməyə başlayıb.
Layihənin məqsədi yeniyetmə və gənclər üçün narkotik, siqaret, spirtlik içkilər və s. kimi zərərli vərdişlərə qarşı mübarizə ilə bağlı təlimlərin keçirilməsi, məlumatlandırma aksiyası ilə hədəf qrupu arasında zərərli vərdişlərin qarşısının alınmasına nail olmaqdır.
Sözügedən layihə 3 ay müddətində Bakı şəhəri ərazisində yerləşən müxtəlif təhsil müəssisələrindəki tələbə və şagirdlər arasında həyata keçirilir. Hazırda mövzü üzrə seçilmiş qruplarla təlimlər təşkil olunur. Təlimlər zamanı iştirakçılar arasında interraktiv metodlardan istifadə edilməklə “Sağlam həyat tərzi haqqında məlumat”, “Sağlam həyat tərzinin əsas üstünlükləri”, “Siqaret, narkotik və spirtlik içkilərin sağlamlığa təsiri” mövzuları barədə imformasiya verilir.
İcra olunan layihə müddəti ərzində daha geniş auditoriyanın diqqətini layihədə qaldırılan məsələyə cəlb olunmasından ötür gənclər üçün mövzu üzrə 2 kiçik həcmli təbliğat-maarifləndirici videoçarxlar hazırlandı. I videoçarxda narkotik maddələr, onların insan bədəninə mənfi təsirləri, narkomanlığın cəmiyyətin özəyi olan ailəni dağıtması, qeyri-stabil şəraitin yaranmasına səbəb olması və s. barədə məlumat verilir. II videoçarxda alkoqolizm haqqında məlumat verilir, Ümumidünya Səhiyyə Təşklilatının alkoqol asılılığı diaqnozunun təyin olunmasının müəyyən olunduğu 6 meyarı və bu meyarlarla spirtli içkilərin bədənə vurduğu ziyan haqqında danışılır, alkoqolizmin insanlara, xüsusi ilə böyüməkdə olan nəslə mənfi təsirlərindən uzaq olmaq çağırışı edilir. Həmin videoçarxların daxil edilən xüsusi DVD tirajlanaraq təlimlərdə iştirakçı olmuş şəxslər arasında paylandı və videoçarxların nümayişi üzrə təqdimetmə keçirildi. Videoçarxların daha geniş sayda izləyicinin baxılması üçün youtube-da və sosial şəbəkələrdə yayıldı.
I videoçarxın linki – https://www.youtube.com/watch?v=1o_UlK1X88A
II videoçarxın linki – https://www.youtube.com/watch?v=USUxbC4ef_4
Layihə bu ilin avqust ayının əvvəli başa çatacaq.