!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Gənclərin inkişafına yönəlik önəmli addımlar atılıb" - Fondun icraçı direktoru

!Reklam – Yazi

“2019 və 2021-ci illərdə Qusar və Şamaxı rayonlarında təşkil olunan “YAYFEST” çadır düşərgələri minlərlə gəncin asudə vaxtının səmərəli keçirilməsinə, onların fərdi inkişaf və sosiallaşmasına xidmət edib”.

Yenicag.az xəbər verir ki, bunu Gənclər Fondunun 10 illik yubileyi münasibətilə keçirilən brifinqdə gənclərin inkişafına yönəlik layihələrdən bəhs edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib.

O qeyd edib ki, “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində hər il ölkənin 100-ə yaxın ucqar kəndlərində on minlərlə gəncə dövlət başçısının həyata keçirdiyi gənclər siyasətinin imkanlarının çatdırılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtının səmərəli təşkili, dövlətçilik və vətənpərvərlik hislərinin daha da artırılması istiqamətində işlər həyata keçirilib:

“Ölkənin 55 şəhər və rayonunda Fondun nəzdində fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açılıb. Nümayəndəliklərdə son iki il ərzində 200 mindən çox gənc müxtəlif mövzularda təlimlər və layihələrə cəlb edilib. Fond öz fəaliyyətinin təkmilləşdirilməsi, gənclər üçün əlçatanlığın artırılmasına xüsusi diqqət göstərir və bu məqsədlə innovativ kommunikasiya vasitələrini tətbiq edir. Bu baxımdan, “GencApp” mobil tətbiqi vasitəsilə gənclər Fondun, eləcə də digər dövlət qurumları və gənclər təşkilatlarının proqram və layihələri barədə məlumat əldə edə bilərlər. Eyni zamanda, sözügedən qurumlara birbaşa müraciət etmək imkanına malikdirlər”.

Gülşən Şərif

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv