Bakıda tələbə “Gənclik Mall”da söyüş söydüyü üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Yenicag.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavid (şərti) pulunu itirməsi səbəbindən əsəbi olduğuna görə “Gənclik Mall” AVM-nin qarşısında telefonla ucadan danışaraq, nalayiq ifadələr işlədib.
İdarənin əməkdaşları xidməti zərurətlə əlaqədar “Gənclik Mall” AVM-in qarşısından keçərkən Rüfətin uca səslə təhqiramiz ifadələr işlətdiyini görüblər. Ona yaxınlaşmış və xidməti vəsiqələtini təqdim edərək, polis əməkdaşları olduqlarının bildiriblər.
Rüfəti intizama dəvət edib, xahiş ediblər ki, nəlayiq ifadələrinə son qoysun və ictimai qaydanı pozmasın. O, soyüş söyməyə davam etməklə qaçıb getməyə cəhd göstərib.
Buna görə də, hərəkətlərinin qarşısını alaraq barəsində tədbir görülməsi üçün Cavid saxlanılaraq Baş İdarəyə gətirilib.
O, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Cavid özünü təqsirli bilərək izahatında göstərib ki, pulunu itirməsi səbəbindən əsəbi olduğuna görə söyüş söyüb.
Məhkəmənin qərarı ilə, Cavid barəsində 15 gün müddətinə inzibati həbs edilib.