“Gənclik Mall”da yanğın baş verdi

152100_res_01Bu gün təxminən saat 12-də paytaxtın ən iri ticarət mərkəzlərindən olan “Gənclik Mall”un yuxarı mərtəbələrində yanğın baş verib.

“Turan” xəbər verir ki, binanın yuxarı mərtəbələrindən gözlənilmədən tüstü yayılmağa başlayıb.

İlkin məlumata əsasən, tikinti işlərinin davam etdiyi yuxarı mərtəbədə kabellər yanıb.

FHN hadisə barədə hələlik məlumat verməyib.