“Gənclik Mall”un qarşısında gənc oğlana 6 bıçaq vurdular

“Gənclik Mall”un qarşısında gənc oğlana 6 bıçaq vurdular.

Yeniçağ.Az-ın məlumatına görə, 27 yaşlı İsmayılov Namiq Rabil oğlunun ticarət mərkəzinin qarşısında naməlum şəxslə mübahisəsi düşüb.

Mübahisə zamanıda həmin şəxs üzərində olan bıçaqla Namiq İsmayılova 6 zərbə endirib və daha sonra hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılıb. Əməliyyat olunan yaralının vəziyyətini həkimlər ağır kimi qiymətləndirir. Polis hadisə baş verən ərazidə olan nəzarət kameralarındakı görüntüləri araşdırır.

Hələlik yaralını dindirmək mümkün olmayıb.

Fakt üzrə araşdırmalar davam edir.

Yeniçağ.Az