“Gənclik Mall”un qarşısında maşın yandı – FOTO/VİDEO

Bakıda yanğın hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Fətəli Xan Xoyski küçəsində küçəsində “Gənclik Mall”un qarşısında qeydə alınıb. “Mercedes E-class” markalı avtomobil alış-veriş mərkəzinin qarşısında alışıb.

Avtomobildə və ətraf maşınlarda olan yanğınsöndürən balonların köməyi ilə alov söndürülüb.

Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub. Alovun geniş vüsət almasının qarşısı alınıb.