!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gənclik və multikulturalizm” layihəsinə yekun vurulub – Foto

!Reklam – Yazi

7-4Azərbaycan Respublikası Pezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Gənclik və multikulturalizm” layihəsinə yekun vurulub.Aktor.Az xəbər verir ki, layihənin öhdəliklərindən biri multikulturalizm ideyalarını təbliğ edən videçarxın hazırlanmasıdır.

Bununla bağlı ölkəmizin bir neçə rayonunda çəkilişlər aparılıb, müxtəlif etnik qruplardan olan gənclərdən müsahibələr alınıb. Multikulturalizm ənənələrinin Azərbaycan modeli videoçarxda əks olunub. Burada talışlar, tatlar, ləzgi və başqa millərlərə mənsub insanlar öz yaşayış tərzləri, özünəməxsus adətlərini və digər millətlərlə sülh və anlaşma şəraitində yaşamalarını göstərən fikirlər səsləndiriblər. Videoçarxın hazırlanması üçün əsasən ölkənin rayonlarında çəkilişlər aparılıb.

Artıq “Gənclik və multikulturalizm” layihəsi başa çatıb və həmin videoçarxın təqdimatı keçirilib. Təqdimat mərasimində millət vəkili Çingiz Qənizadə, Dini Qurumlarla iş üzrə DK-nən sədr müavini Gündüz İsmayılov, tanınmış jurnalist, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, İTV-nin İctimai siyasi proqramlar departamentinin direktoru, peşəkar jurnalist Anar Yusifoğlu iştirak ediblər. Bununla yanaşı təqdimat mərasimində müxtəlif millətlərin nümayəndələri də təmsil olunublar. Tədbirə təhsil işçiləri də qoşulublar.

Çıxış edənlər videoçarxın gənclik və multikulturalizm ideyalarını dolğun əks etdirdiyini qeyd edib və bu tip layihələrin davamlı olmasının vacibliyini qeyd ediblər.

Xatırladaq ki, “Gənclik və multikulturalizm” layihəsinın rəhbəri Tural Zeynallıdır.

www.yenicag.az

967
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv