!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncliyə Yardım Fondunda “Xeyriyyə sərgisi” təşkil edildi - Fotolar

!Reklam – Yazi

Martın 6-da Gəncliyə Yardım Fondunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri Xeyriyyə sərgisi” təşkil edilib.

Yenicag.az xəbər verir ki, fondun təşkilatçılığı ilə həyata keçirilən tədbir iki qardaş ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Daha sonra Azərbaycanın dövlət himni və Türkiyə Cümhuriyyətinin “İstiqlal Marşı” səslənib.

Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim tədbiri giriş sözü ilə açıb. O, bildirib ki, 15 ildir təşkil olunan xeyriyyəçilik aksiyası hər il fərqli, yeni-yeni layihələrə həsr olunur. Builki xeyriyyə sərgisindən əldə olunacaq vəsait də fondun “100 illik əmanət!” və “Qardaşlığımız əbədidir” layihələrində istifadə ediləcək. Layihə çərçivəsində Cümhuriyyətin 100 illiyi ilə əlaqədar olaraq tələbə gənclər üçün məlumat turu təşkil ediləcək və qardaş Türkiyə dövlətinin terrorla mübarizəsinə dəstək olunacaq.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Sona Əliyeva: “Azərbaycan xalqı yüz illərlə vandalizmə, vəhşiliyə, torpaqların bölünməsinə şahidlik edib və bu gün də işğalçılığın acı nəticələrini yaşamaqda davam edir. Üstündən illər keçməsinə baxmayaraq, hələ də dünya ölkələri bu ədalətsizliyə göz yumur. İnanıram ki, tezliklə haqq-ədalət öz yerini tutacaq, Azərbaycanın qəhrəman övladları öz əzəli, əbədi torpaqlarını düşmən tapdağından azad edəcək. Bu gün çox uzaqda deyil. Qardaş ölkənin Afrində apardığı əməliyyat yalnız terrorizmə qarşı deyil, eyni zamanda sülh və ədalətin bərpasına yönəlmiş hərəkatdır. Bizim birliyimiz əbədidir, daimidir”, – deyib.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın həyat yoldaşı Meltem Özoral, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir və başqaları çıxış edərək Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edərək onların cəmiyyətdə oynadığı rolu qeyd ediblər. Həmçinin xalqlarımızın azadlığı uğrunda mübarizədə şəhid olan və bu müqəddəs yolda qurban gedənlərin xatirəsinin həmişə əziz tutulacağını söyləyiblər.

Tədbirin sonunda qonaqlar “Qardaşlığımız əbədidir” adlı videoçarxı izləyiblər.

Qeyd edək ki, sərgi 3 gün davam edəcək.

Cəmalə Əlizadə

www.yenicag.az

3168
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv