Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gəncliyimizin xatirəsi: “Nokia 3310” haqqında bilmədikləriniz

Bir vaxtlar çoxlarının istifadə etdiyi “Nokia 3310” artıq dəbdən düşüb, desək yanılmarıq.

Yenicag.az xəbər xəbər verir ki, bu model 55 saat danışıq müddətinə sahibdir. Enerji saxlama müddəti isə 245 saata bərabərdir.

Bu isə 10 gün deməkdir. Maraqlıdır ki, smartfonlar açıldıqdan 20 saniyə sonra hazır duruma gəlirsə, bu “Nokia 3310″da 8 saniyə vaxt alır.

Təbii ki, “Nokia 3310” telefonlarına sahib olanlar “Snake” oyunundan da mütləq istifadə ediblər. Maraqlıdır ki, bu oyun həmin dönəm bir milyard insan tərəfindən oynanıldığı üçün hətta Ginessin Rekordlar Kitabında da düşüb.

Artıq dəbdə olmayan bu telefon hətta insan həyatı da xilas edib. Belə ki, Əfqanıstanda xidmət edən hərbçilərdən birinə güllə dəysə də, o, heç bir xəsarət almadan həyatda qalıb. Buna isə güllənin telefona tuş gəlməsi səbəb olub.

Bundan başqa “3310” mesaj bölümünə görə də digərlərindən fərqlənir. Bu gün smartfonlarda işarə sayı 160-dırsa, bu, həmin “Nokia”da 459-a bərabərdir.

Bir çoxlarının gənclik xatirəsinin bir parçası olan bu telefondan vaxtı ilə 126 milyon ədəd satılıb. Bu isə rekord rəqəm deməkdir.

www.yenicag.az

6508
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100