!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Gender bərabərliyini unudun: BMT hesabatındakı acı reallıqlar

!Reklam – Yazi

BMT-nin Qadınlar və BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin yeni dərc olunmuş hesabatına görə, hazırkı inkişaf tempi ilə bütün dünyada gender bərabərliyinə nail olmaq üçün 300 il lazımdır.

Yenicag.az xəbər verir ki, hesabatda COVID-19 pandemiyası və onun nəticələri, ağır münaqişələr, iqlim dəyişikliyi, qadın hüquqlarının, cinsi və reproduktiv sağlamlığın zəifləməsi kimi qlobal çağırışların gender bərabərliyini daha da pisləşdirdiyi vurğulanıb.

Hesabatda hüquq sahəsindəki boşluqların aradan qaldırılması və ayrı-seçkilik yaradan qanunların ləğvi üçün 286 il, qadınların iş yerlərində rəhbər vəzifələrdə bərabər təmsil olunması üçün 140 il, milli parlamentlərdə bərabər təmsilçiliyin olması üçün 40 il lazım olduğu qeyd edilib.

Həmçinin bildirilib ki, bu gün 15-49 yaş aralığındakı 1,2 milyarddan çox qadın və qız təhlükəsiz aborta çıxışın məhdudlaşdırıldığı region və ölkələrdə yaşayır.

www.yenicag.az

241
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv