Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

General anlaşması: “Əsas məqsəd NATO-Rusiya hərbi toqquşmasını…” - Politoloq  

Reklam: High Technic

“Generalların Bakıda təşkil olunan görüşü siyasi danışıqların əlavəsi kimi qiymətləndirilə bilər”.

Bunu Yenicag.az-a açıqlamasında NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında Bakıda keçirilmiş görüşün mümkün nəticələrini dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadə

Politoloqun fikrincə, bu müzakirələrin əsas məqsədi NATO və Rusiya arasında mövcud olan gərginliyin daha da artmasına imkan verməməkdir:

“NATO ilə Rusiya arasında gərginliyin artmasına baxmayaraq, bu iki ölkə arasında müxtəlif məsələlərlə bağlı məsləhətləşmələr davam etdirilir.
Bu da təbiidir. İstənilən problemin həlli üçün danışıqlar, müzakirələr aparılmalıdır. NATO komandanı ilə Rusiya Baş Qərargah rəisinin Bakıda baş tutan görüşü də bu qəbildəndir.

Yox, generalların Bakı görüşü NATO və Rusiyanın siyasi rəhbərliyinin əldə etdiyi hansısa razılaşmanı hərbi müstəvidə əks etdirmək məqsədi daşımır. Ən azı ona görə ki, Atlantik Alyansı ilə Rusiyanın münasibətlərində normallaşma əlaməti yoxdur.

Generalların görüşünün əsas səbəbi Suriyada hərbi mövcudluqları olan NATO və Rusiya qüvvələrinin oradakı mümkün toqquşmalarının qarşısını almaqdır.

Çünki siyasi anlaşma olmayanda, tərəflər öz maraqları naminə hərbi gücə rahatlıqla əl ata bilərlər. Həm ABŞ (NATO), həm də Rusiya hərbi qüvvələrinin Suriyada nəzarət etdiyi müəyyən bölgələr var.  Generallar da o bölgələrdəki irəliləyişlər, mümkün yerdəyişmələr barədə müzakirələr aparıblar. Yəni nə NATO, nə də Rusiya gələcəkdə baş verə biləcək daha güclü gərginliyin məsuliyyətini öz üzərində olmasını istəmir.

Təbii ki, NATO ilə Rusiya arasında mövzular tək Suriya ilə məhdudlaşmır. Avropadakı hərbi vəziyyət, NATO-Rusiya hüdudlarında yeni hərbi qüvvə və texnikanın, dağıdıcı raket sistemlərinin yerləşdirilməsi də generalların müzakirə mövzusu olub.

Ancaq yenə də qeyd edirəm ki, generalların görüşü siyasi danışıqların əlavəsi kimi qiymətləndirilə bilər”.

Qeyd edək ki, bu il fevralın 16-da ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef Dunford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş Bakıda baş tutmuşdu.

A.Zeynalov

www.yenicag.az

1537
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM