Çevriliş cəhdindən sonra həbs edilən generallardan biri sərbəst buraxılıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Hakkari vilayətində nəzarətə alınan Kayseri 1-ci Desant Briqadasının komandiri, general-mayor Aydoğan Aydın növbətçi məhkəmə qarşısına çıxarılıb. Məhkəmə prosesindən sonra general azadlığa buraxılıb.