“Tramp Tover”də yanğın davam edir – Kəmaləddin Heydərov hadisə yerinə gəldi – VİDEO

Bakıda yerləşən “Tramp Tover”in yanmağı ilə bağlı məlumat vermişdik.

Yenicag.az bildirir ki, yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.

***

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da yanğın baş verən əraziyə gəlib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.