General həbsdən çıxmaq üçün yarım milyon verib?

Həbsdə olan MTN generalı Mövlam Şıxəliyevin ailəsinə qarşı yarım milyonluq dələduzluqda ittiham olunan vəkil Elçin Qəmbərov fevralın 22-də məhkəmə qarşısına çıxarılacaq. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Yenicag.az  “Azadlıq radiosu”na istinadən xəbər verir ki, Qəmbərov uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevin 2021-ci ilin aprelində həbsindən sonra bir müddət ona vəkillik edib. Cinayət işinin materiallarında iddia olunur ki, vəkil generalı həbsdən buraxdırmaq adı ilə aldadaraq onun ailəsindən yarım milyon manat pul alıb.

Mövlam Şıxəliyevin ailə üzvləri onun istintaq və məhkəmə dövründə həbsdə olmaması üçün bu pulu verdiyini iddia edir. Yəni bu pul qarşılığında onun barəsində ev dustaqlığı, başqa yerə getməməyə dair iltizam və s. qətimkan tədbirlərindən biri seçilməliydi. Zərərçəkmiş qismində generalın oğlu Elgün Şıxəliyev tanınıb.

General Şıxəliyevlə birlikdə mühakimə olunan, vaxtilə onun tabeliyində çalışmış üç nəfər keçmiş MTN polkovniki – Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərov barəsində hökm çıxarılana qədər həbs-qətimkan tədbiri seçilməmişdi. Baxmayaraq ki, zərərçəkmişlər dəfələrlə onların həbsini tələb edirdi, Bakı Hərbi Məhkəməsinin hakimləri onlar haqqında həbs qərarı vermirdi. Yalnız hökm elan edilənlə onlar məhkəmə zalında həbs olundu.

Əvvəllər 15 saylı Vəkil Bürosunun üzvü olmuş Qəmbərov bir müddət sonra “Mərkəz” Vəkil Bürosunun rəhbəri təyin edilmişdi. O, 2022-ci ilin iyununda DTX əməkdaşları tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Qəmbərov elə DTX-nin istintaq təcridxanasında da qalırdı. Avqust ayında o, ev dustaqlığına buraxılıb.Həbsdə olan MTN generalı Mövlam Şıxəliyevin ailəsinə qarşı yarım milyonluq dələduzluqda ittiham olunan vəkil Elçin Qəmbərov fevralın 22-də məhkəmə qarşısına çıxarılacaq. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

“Qafqazinfo” “Azadlıq radiosu”na istinadən xəbər verir ki, Qəmbərov uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevin 2021-ci ilin aprelində həbsindən sonra bir müddət ona vəkillik edib. Cinayət işinin materiallarında iddia olunur ki, vəkil generalı həbsdən buraxdırmaq adı ilə aldadaraq onun ailəsindən yarım milyon manat pul alıb.

Mövlam Şıxəliyevin ailə üzvləri onun istintaq və məhkəmə dövründə həbsdə olmaması üçün bu pulu verdiyini iddia edir. Yəni bu pul qarşılığında onun barəsində ev dustaqlığı, başqa yerə getməməyə dair iltizam və s. qətimkan tədbirlərindən biri seçilməliydi. Zərərçəkmiş qismində generalın oğlu Elgün Şıxəliyev tanınıb.

General Şıxəliyevlə birlikdə mühakimə olunan, vaxtilə onun tabeliyində çalışmış üç nəfər keçmiş MTN polkovniki – Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərov barəsində hökm çıxarılana qədər həbs-qətimkan tədbiri seçilməmişdi. Baxmayaraq ki, zərərçəkmişlər dəfələrlə onların həbsini tələb edirdi, Bakı Hərbi Məhkəməsinin hakimləri onlar haqqında həbs qərarı vermirdi. Yalnız hökm elan edilənlə onlar məhkəmə zalında həbs olundu.

Əvvəllər 15 saylı Vəkil Bürosunun üzvü olmuş Qəmbərov bir müddət sonra “Mərkəz” Vəkil Bürosunun rəhbəri təyin edilmişdi. O, 2022-ci ilin iyununda DTX əməkdaşları tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Qəmbərov elə DTX-nin istintaq təcridxanasında da qalırdı. Avqust ayında o, ev dustaqlığına buraxılıb.