General-mayor vəzifədən azad edildi

Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.

Trend-in əldə etdiyi məlumata görə, bu barədə Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmri ilə M. Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.