!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

General olmaq arzusu ilə yaşayan şəhidin SON SÖZÜ: "Gülə-gülə komandirinə deyib ki...” - VİDEO

!Reklam – Yazi

Torpaq uğrunda əgər ölən varsa, Vətəndir. Qanını Vətən torpaqlarında axıdıb, şəhidlik zirvəsinə yüksələn, 24 illik ömrünü Vətən uğrunda qurban verən qəhrəman şəhidimiz Baş leytenant Azad Hümbətovun bu gün doğum günüdür.

Yenicag.az-ın əməkdaşları şəhidin evində olub. Anası Leyla və atası Arif Hümbətovlar Azadla bağlı xatirələrini bölüşüb.

Qeyd edək ki, Azad 24 yanvar 1996-ci ildə Bakı şəhərində anadan olub. Füzuli, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Tank tağımı komandiri olan Azad Hümbətov öz həyatını təhlükəyə ataraq düşmənin 5 tankını öz mövqelərimizə gətirib, dəfələrlə döyüş yoldaşlarını düşmən mühasirəsindən yaralı halda çıxarıb.

Müharibənin yeni başladığı dövrdə o, komandirlik etdiyi tankı ilə minaya düşür. Özü ayağından yaralansa da, tankçının daha ağır xəsarətlər aldığını görüb, onu yaralı halda 25 km meşə ərazisində belində daşıyaraq 2 gündən sonra öz döyüş postlarına gətirib çıxarır. Bundan sonra Azadı müalicə üçün Beyləqanda hospitala göndərirlər. Lakin, o, müalicəsini yarımçıq qoyaraq yenidən döyüş meydanına qayıdır.

27 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

İkinci Fəxri Xiyabanda dəfn olunan şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Vətən müharibəsi qəhramanı”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin evindən hazırlanan videonu təqdim edirik.

Cəvahir
Cavid

www.yenicag.az

3118
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv