General-polkovnik rütbəsi alan “Bəxtiyar Paşa” korpus komandiri təyin edildi

Bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən general-polkovnik rütbəsi verilən Türkiyənin Azərbaycandakı hərbi kontingentinin Komandanı, Türkiyə Silahlı Qüvvələrinin əməliyyat rəisi Bəxtiyar Ersay Korpus komandiri təyin edilib.

Yenicag.az xəbər verir ki, “Bəxtiyar Paşa” kimi tanınan Bəxtiyar Ersay Diyarbəkir 7-ci korpusa komandir təyin edilib.

Qeyd edək ki, Ersoy 2016-cı il iyulun 15-də FETÖ tərəfindən çevriliş cəhdi dövründə həbs edilib. O, 31 ay həbsdə olduqdan sonra 16 il həbs cəzası alıb, daha sonra isə bəraət alıb.

Ersay daha sonra general-leytenant rütbəsinə yüksəlib.