Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinə yeni rəis təyin olunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, gömrük polkovniki Yusifov Kamran İsa oğlu Balakən Gömrük İdarəsinin rəisi təyin edilib.
![](https://static.cdnsb.net/qaynar-s3/2025-02/8d3ab39506971f357314d1ee96e0e86b_20117636-394f-456c-8dca-4f06232ad2d0.jpg)
Kamran Yusifov bundan əvvəl Balakən rayonundakı Mazımqara gömrük postunun rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi Elçin Rüstəmov vəzifəsindən azad edilərək, Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəisi təyin olunub.