General Rüstəm Muradovdan Hadrutla bağlı AÇIQLAMA

Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov brifinq keçirib.
Yenicag.az “İnterfaks”a istinadən xəbər verir ki, general-leytenant Hadrutdakı vəziyyətlə bağlı danışıb:
“Hadrut qəsəbəsi ətrafındakı vəziyyət sabitləşib. Dekabrın 11-də atəşkəsin pozulması halı baş verib və Rusiya sülhməramlı kontingentinin addımları ilə bu halın qarşısı alınıb”.
Rüstəm Muradovun sözlərinə görə, indi durum sakitdir, Rusiya sülhməramlıları vəziyyətə daimi monitorinq həyata keçirir: “Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələri ilə daim əlaqədəyik”.
Qeyd edək ki, son günlərdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsindəki meşəlik ərazidə qalan erməni silahlı birləşmələrin terror-təxribat və diversiya əməllərinə qarşı antiterror əməliyyatı keçirir.