Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

Generaldan Aşıq Zülfiyyəyə doğum günü HƏDİYYƏSİ - FOTOLAR

“Şəhid analarının gözünün yaşı qurumayıb. Yaralı qazilərimiz var, necə doğum günü keçirib, şənlənə bilərəm?”

Bunu doğum günü təəssüratlarını bölüşən tanınmış sənətçi Aşıq Zülfiyyə Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi təmtəraqdan həmişə qaçdığını da bildirib:

“Təmtəraqdan həmişə qaçmışam. Bu dəfə də təmtəraqlı doğum günü olmayacaq. Yalnız ailə üzvləri və ən yaxın dostların əhatəsində qeyd edəcəyəm”.

Züfiyyə ilk təbriki və hədiyyəsini generaldan alıb:

“İlk təbrik və hədiyyəm uzun illər ailəvi dostumuz olan tanınmış generalımızdan gəldi. Gözəl gül çələngi və ətir hədiyyə etdi. Həyat yoldaşım, oğlum da bilirlər ki, sevdiyim hədiyyə ətirdir. Hər il doğum günümdə olduğu kimi bu il də həmin hədiyyələri bağışladılar”.

Sənətçi ən böyük arzusunu da dilə gətirdi:

“Ən böyük arzum budur ki, anaların gözündən bir də yaş gəlməsin. Kədər göz yaşlarını sevinc göz yaşları əvəz eləsin”.

Cəvahir

www.yenicag.az

470
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100