Generaldan Nardarandakı son vəziyyətlə bağlı – Açıqlama

sehlabHazırda Nardaranda vəziyyət tam nəzarət altındadır.

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini general-mayor Səhlab Bağırov Bakının Nardaran qəsəbəsindəki son vəziyyətlə bağlı jurnalistlərə açıqlamasında deyib.

Rəis müavininin sözlərinə görə, qəsəbədə hər şey normaldır: “Hüquq-mühafizə orqanları tərəfindən əvvəki qaydada təhlükəsizlik tədbirləri davam etdirilir”.