!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Generaldan Trampa sərt etiraz: “Qanunsuzdur…”

!Reklam – Yazi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də baş tutacaq andiçmə mərasimindən sonra tədbirin təhlükəsizliyinə məsul olan generalı işdən çıxaracaq.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, yanvarın 20-də baş tutacaq andiçmə mərasimindən sonra vəzifəsinin icrasına başlayacaq Donald Trampın azad edəcəyi ilk şəxs müəyyənləşib. Məlumata görə, Trampın bu çərçivədə “qaraladığı” birinci məmur Vaşinqton Qarnizonunun komandiri, andiçmə mərasimində təhlükəsizliyə cavabdeh olan general Errol Şvartsdır. Məlumata görə, Tramp mərasimdən sonra E.Şvartsı vəzifəsindən çıxararaq, onun yerinə başqa generalı təyin edəcək.

Maraqlıdır ki, bu xəbərə kəskin reaksiya verən E.Şvarts ABŞ-ın yeni prezidentinin andiçmə mərasimindən həmən sonra hansısa kadrın işdən çıxarılmasına ölkə tarixində rast gəlinmədiyini deyib. General işdən azad olunması haqqında gözlənilən qərarın da “qanuna zidd olduğunu” bildirib.

 

Yeniçağ.Az

 

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv