Generalın 150 illiyi

63244Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında general Əliağa Şıxlinskinin 150 illik yubileyinə həsr edilmiş “Generalın yolu” adlı tədbir-sərgi təşkil olunacaq.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, tədbir Prezident İlham Əliyevin 2014-cü il 20 noyabr tarixli “General Əliağa Şixlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq təşkil olunacaq. Bu barədə muzeydən bildirilib.

Sərgidə 30 ədəd fotoşəkil, muzeyin fondunda saxlanılan kitablar, sənədlər tamaşaçılara təqdim olunacaq.