Generalın kefini burnundan gətirdilər – Evinə qırıcı təyyarə ilə gedirmiş

Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarədən şəxsi səfərləri üçün istifadə edən general məsuliyyətə cəlb olunub.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Fransa Hərbi Hava Qüvvələrinin generalı Rişar Rebul ölkənin qırıcı təyyarələri ilə azı 10 dəfə şəxsi səfərə çıxıb.

Bordodakı aviabazadan Provensdəki evinə gedib-gələn general əsasən “Alpha Jet” təyyarələrindən istifadə edib.
Qeyd olunur ki, Bordo ilə Provens arasındakı 480 kilometrlik məsafəni maşınla 6 saata, sərnişin təyyarəsi ilə (Marselə 1 saatlıq səfərdən sonra) ilə 30 dəqiqəyə getmək mümkündür.

Lakin general Rebul özünə əziyyət verməyərək, “Alpha Jet”lə cəmi 28 dəqiqəyə özünü evə çatdırırmış.

Yenicag.Az

COP29