!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Generalın kirvəsi ilə kriminal avtoritetin ortaq biznesi – İlginc iddialar

!Reklam – Yazi

114715_44260

Son vaxtlar redaksiyamıza Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin rəis müavini, Yol Patrul Xidməti (YPX) Alayının komandiri, polis polkovniki Balakişi Əhmədovun fəaliyyəti ilə bağlı maraqlı xəbərlər daxil olmaqdadır. Bildirilir ki, Balakişi Əhmədovun tabeçiliyində çalışan bəzi DYP əməkdaşları piyada keçidlərində piyadaya yol verməyən sürücüləri «ilişdirmək» üçün maraqlı üsula əl atırlar.

Bu barədə redaksiyamıza danışan mənbə iddia edir ki, Yol Patrul Xidməti Alayının əməkdaşları piyada keçidinin yanında həmişə bir nəfər saxlayırlar və bütün proses də həmin şəxs vasitəsi ilə reallaşır: «Belə ki, həmin şəxs elə mövqe seçir ki, guya yolun kənarında dayanıb kimisə gözləyir. Lakin maşınlar keçidə yaxınlaşanda qəflətən ayağını piyada keçidinin üstünə ataraq sürücülərə və özünə təhlükə yaradır. Lakin iş bununla bitmir. Bir qədər irəlidə dayanan DYP əməkdaşları dərhal həmin sürücülərdən bir neçəsini saxlayıb cərimə yazırlar ki, filan yerdə piyadaya yol verməmisən, 50 manat cəriməsi var. Ümumiyyətlə, Balakişi Əhmədovun tabeçiliyində çalışan yol polisləri bu variantdan geniş istifadə edirlər. Qeyd edim ki, təxminən eyni proses Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində də təkrarlanır. Burada həm də müşahidə kameraları və radar mövcuddur. Həmin piyada keçidinin yaxınlığında iki piyada dayanır. Elə ki maşınların sayı bir az çox oldu, həmin piyadalar qəflətən özlərini piyada keçidinin üstünə atıb yolu keçməyə başlayırlar. Bir qədər sonra eyni qaydada geri qayıdırlar. Yəni bura onların «iş yeri» dir. Heç kim heç nə başa düşmür, sürücülər yollarına davam edirlər. Amma Bakıya tərəf gedən sürücülər qarşıda «surpriz»lə qarşılaşırlar. Saray postunda həmin maşınları saxlayan yol polisləri bildirirlər ki, Ceyranbatanda piyadaya yol verməmisən. Hərəyə bir cərimə deyirlər – gah 50 manat, gah da 60 manat və 3 bal. Əksər hallarda sürücülərdən 50 manat tələb edirlər ki, cərimə yazmayaq, yazsaq, bal da düşəcək. Ona görə də, bəzi sürücülər bal yazılmasın deyə pul verib canlarını qurtarırlar. Nəzərinizə çatdırım ki, Saray postu Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Yol Patrul Xidməti Alayının komandiri Balakişi Əhmədovun tabeliyindədir. Belə çıxır ki, məhz o, sürücüləri piyada keçidi oyunu ilə «işə salır». Ümumiyyətlə, bu postdan tez-tez narazılıqlar olurdu. Görünür, Balakişi Əhmədovun işçiləri bunun üçün xeyli «baş sındırıb». Lakin çox hörmətli polkovnik öz işçilərinə təlimat verməyi unudub ki, xüsusi texniki vasitətələr tərəfindən qeydə alınmış qayda pozuntusuna görə sürücünü yolda saxlamaq qadağandır. Postda sürücünü saxlayıb «filan yerdə kamera çəkib, piyadaya yol verməmisən, cərimə yazacağıq» demək İnzibati Xətalar Məcəlləsinin 429-3-cü maddəsini kobud şəkildə pozmaqdır. Bu, qanunlara hörmətsizlikdir».

İddia olunur ki, Balakişi Əhmədov yüksək çinli generallardan birinin kirvəsidir. Bu səbəbdən də ona “gözün üstə qaşın var” deyən yoxdur. Məhz bu faktor onun bir qanun adamı olaraq, avtoritetlərlə əməkdaşlığına da gətirib çıxarıb. Belə ki, B.Əhmədova məxsus obyektlərin MDB ölkələrində ciddi nüfuz sahibi olan Qanuni Oğrulardan birinin adamlarının nəzarətində olduğu vurğulanır. Yəni, qanun adamı obyektlərini kriminal avtoritetə etibar edib.

Yazıda adı çəkilən şəxslərin mövqeyini yayınlamağa hazırıq.

www.yenicag.az

801
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv