Generalın rəis qardaşı Türkiyəli iş adamını ölkədən niyə qovub? – ŞOK SƏBƏB

3(2)XəzərNews.az-a daxil olan məktubda deyilir: “Mən Ali Osman Günindi 10.12.1974-cü ildə Türkiyədə anadan olmuşam. 2009-cu ildə ikinci vətənim olan Azərbaycana gəlimişəm və burada Balakənli bir qızla ailə həyatı qurmuşam. Bakı, Şəki, Quba, Qusar, Lənkəran, Sumqayıt və digər Azərbaycanının gözəl şəhərlərində olmuşam. Balakəndə sahibkar kimi fəaliyyət göstərmişəm. Orada 6 il ərzində “TİNA” türk restoranı və TİNA türk geyim mağazasını açmışam. İstifadəyə verdiyim obyektlərdə 100-150-yə yaxın yerli sakin çalışıb. Onlar öncə Allah, daha sonra mənim sayəmdə əməklərinin qarışılığında ailələrin dolandırmaq üçün çörək pulu qazanıblar. Mən buna çox sevinmişəm. Amma hazırda Türkiyənin Adana şəhərində yaşayıram və təəssüflər olsun ki, məni ikinci vətənim olan Azərbaycana buraxmırlar. Bunu isə Şəki Regional Miqrasiya İdarəsinin rəisi İlqar Mehdiyev edir”.

Hər şey belə başlayıb…

Şikayətçi vurğulayır ki, 1,5 əvvəl Şəki Regional Miqrasiya İdarəsinin rəisi İlqar Mehdiyev Balakəndə sahibi olduğum restorana gəldi, söhbətimiz müəyyən səbəblərdən baş tutmadı. O, mənə hədə-qorxu ilə bildirdi ki, səni ölkədən deport edəcəm. Mən isə ona cavab olaraq dedim ki, səndən qorxmuram və qanunsuz nə isə iş görmürəm. Bütün sənədlərim Azərbaycan dövlətinin qanunlarına uyğundur. Beləliklə, aramızda yaranan mübahisədən sonar Türkiyəyə qayıtdım.

Amma 3 ay əvvəl Azərbaycana gəldim və Balakən Sərhəd-Buraxılış Məntəqəsində ölkəyə girişimə icazə verilmədi. Bildirildi ki, Dövlət Miqrasiya Xidməti naməlum səbəblərdən Azərbaycana girişimə qadağa qoyub. Azərbaycan mətbuatı vasitəsi ilə müvafiq dövlət qurumlarından bu məsələni araşdırmalarını və mənə qoyulan qadağanın aradan qaldırılmasını xahiş edirəm”.

Türkiyə vətəndaşı bildirib ki, o sahibkarlıq fəaliyyəti ilə bərabər müğənnilik də edib:

“Mən Balakəndə Heydər Əliyev Parkında təşkil olunan dövlət tədbirlərində ifa etmişəm. Hazırda isə yenədə balakənlilər mənə zəng vurur və niyə ora gəlməməyimin səbəbini soruşurlar.

gunindi13.jpg

Ulu öndər Heydər babaya mahını yazmışam, klip çəkdirmişəm. Ən böyük arzum bu klipin Azərbaycan televiziyalarında yayımlanması olub”.

Xocalı Faciəsi ilə bağlı aksiya təşkil etmişəm…

…Bununla belə mən Türkiyədə erməni qəsbkarlarının Azərbaycan xalqının başına gətirdiyi zülümlərlə bağlı aksiyalar təşkil etmişəm. Ermənilərin Azərbaycan xalqının başına gətridiyi Xocalı faciəsi ilə bağlı bütün tanıdığım və tanımadığım türk vətəndaşlarına məlumat vermişəm.

Azərbaycanda bir məmurun başıma gətirdiyi zülmə baxmayaraq, bundan sonra da həyatımın sonunadək CAN Azərbaycanım üçün xidmət edəcəyimə şərəfim, namusum üzərinə and içirəm”.

Xatırladaq ki, Şəki Regional Miqrasiya İdarəsinin rəisi İlqar Mehdiyev Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor İlham Mehdiyevin qardaşıdır.

Məsələ ilə bağlı Dövlət Miqrasiya Xidmətinin mövqeyini örgənmək üçün bu məqalə üç gün idiki saytda yayımlanmadı. Xidmətdən bizə sualımızı sorğu şəkilində ünvanlanmağı tələb olundu və biz bunu etdik. Amma təəssüflər olsun ki, üstündən üç gün ötməsinə baxmayaraq sualımız cavablandırılmadı.

Amma bununla belə, qarşı tərəfin mövqeyini saytımızda dərc etməyə hazırıq.

günedi10.jpg

günedi8.jpg

günedi9.jpg

günedi11.jpg

günedi12.jpg

https://youtu.be/RHK7N8jBjLY