!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Generalların SƏRT POLEMİKASI: “ABŞ nə qədər etiraz etsə də, Türkiyə lazım bildiyi anda...” - MÖVQE

!Reklam – Yazi

“Terrorçulara qarşı mübarizənin beynəlxalq hüquq əsasında aparıldığı qarşı tərəfə bildirilib”.

Bu fikirləri ABŞ-nin müdafiə naziri Lloyd Ostinin Türkiyəli həmkarı Hulusi Kılıcla telefon söhbətində Ankaranın Suriyanın şimalında növbəti hərbi əməliyyat hazırlığına dair ölkəsinin etirazını bildirməsini şərh edən Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri, professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, Pentaqonun bu təpkisinə baxmayaraq, Türkiyə öz milli maraqlarının müdafiəsində qətiyyətli davranacaq:

“Əslində, ABŞ müdafiə nazirinin Türkiyənin Suriya ilə İraqın şimalında keçirdiyi son hava əməliyyatına belə reaksiya verməsi təəccüblü deyil. Hər halda, onlar bununla həmin ərazilərə hava zərbələrinin endirilməsindən sonra Türkiyənin bölgədə quru əməliyyatlarına başlamaq niyyətindən narahatlıqlarını ifadə edirlər.

Amma bildiyiniz ki, Türkiyə milli müdafiə nazirinin bu etirazlara təpkisi də yetərincə sərt olub və terrorçulara qarşı mübarizənin beynəlxalq hüquq əsasında aparıldığı qarşı tərəfə bildirilib.

Təbii ki, ABŞ Türkiyənin növbəti quru əməliyyatına başlayacağı təqdirdə özünün hərtəfəli dəstəklədiyi, pul və silahlarla yardım göstərdiyi terrorçuların məhv ediləcəyindən çox narahatdır. Onsuz da son hava zərbələrinin nəticələri terrorçular üçün ölümcül olub – əsas bazaları və sığınacaqları darmadağın edilib, əllərindəki silah arsenallarına böyük ziyan vurulub, eyni zamanda xeyli canlı itkiyə məruz qalıblar.

Xatırlayırsınızsa, Türkiyənin Suriyada daha əvvəl keçirdiyi əməliyyatlar ərəfəsində də ABŞ-dən, Avropadan bu sayaq mövqe bildirilirdi, o əməliyyatların baş tutmasına əngəl yaradılmasına çalışılırdı. Ancaq Qərbin bu yanaşmasına baxmayaraq, Türkiyə öz milli maraqlarının müdafiəsində qətiyyətli davranacaq, lazım bildiyi anda Suriyanın şimalında quru əməliyyatına başlayacaq”.

A.Zeynalov

www.yenicag.az

1422
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv