!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Gent”-“Qarabağ” oyunu: Əlavə vaxt oynanılacaq – Yeniləndi 2

!Reklam – Yazi

Belçikada UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Gent” və “Qarabağ” komandaları arasındakı qarşılaşmanın əsas vaxtı 1:0 hesabı ilə başa çatıb. 

Bakıdakı oyun da eyni hesabla başa çatdığından görüşdə əlavə vaxt oynanılacaq.

***

Belçikada “Gent” və “Qarabağ” arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.

75-ci dəqiqədə fərqlənən meydan sahiblərinin futbolçusu Villiu Orban komandasını önə keçirib.

***

Belçikada “Gent” və “Qarabağ” arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

Yenicag.az xəbər verir ki, “Gelamko Arena”da oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb. Matçı şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edir.

Qeyd edək ki, Bakıdakı ilk oyunda “Qarabağ” 1:0 hesablı qələbə qazanıb.

www.yenicag.az

906
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv