Geoloqdan XƏBƏRDARLIQ: 7,3 bal gücündə zəlzələ…

Türkiyənin Van və Hakkari vilayətləri üçün zəlzələ xəbərdarlığı edilib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Geofizika Mühəndisi Övgün Ahmet Ercan məlumat verib.

İki şəhərdə 7,3 bal gücündə zəlzələlərin ola biləcəyini deyən Ercan Van gölü və ətrafındakı Böyük Ağrı, Kiçik Ağrı və Tendürek vulkanlarında partlayışların ola biləcəyini bildirib.

Hakkari üçün etdiyi xəbərdarlıqları təkrarlayan Ercan zəlzələnin gec-tez olacağını vurğulayıb.

Van bölgəsində hər 30-40 ildən bir zəlzələ olacağını vurğulayan Ercan, “Van 2011-ci ildə zəlzələ yaşadı. Bu bölgədə ən geci 2040-cı və 2055-ci illərdə daha bir dağıdıcı zəlzələ olacaq. Tendürek, Çaldıran, Süphan və ya Gevaşda da vulkanları aktivləşdirə bilər”, – deyib.

Ercan, Tendürekdə yerin içindən keçən bir qırılmanın da olduğuna və bunun 7,4 bal gücündə zəlzələ yarada biləcəyini vurğulayıb./BAKU.WS

COP29