Martın 17-də qeydə alınmış Tac Kütlə Atılmalarının (TKA) təsiri ilə 20 martda G1 (zəif) geomaqnit qasırğası baş verməsi ehtimalı var.
Yenicag.az xəbər veirir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, Günəş küləyinin sürətinin 17 martda baş vermiş TKA-nın təsiri ilə martın 20-nə artacağı, həmçinin Tac Dəliyindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin 24 martda Yerə təsiri gözlənilir.