Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Yenicag.az Rəsədxanaya istinadən xəbər verir ki, Günəşin səthində 103 ləkə müşahidə olunur.
Bildirilir ki, Günəş küləyinin maksimal sürəti saniyədə 542 kilometrədək artıb.
Dekabrın 9-dan 15-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 60 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faizdir.
Günəş küləyinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə dekabrın 9-dan 11-dək sürətlənəcəyi gözlənilir.
Geomaqnit sahəsinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə dekabrın 9-11-də aktiv olacağı proqnozlaşdırılır. Geomaqnit qasırğası gözlənilmir.