!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Geosiyasi arenada Türkiyə-Rusiya yaxınlaşması: “Ermənistan layihəsi”nin sonu gəldi?

!Reklam – Yazi

Rusiya və Ermənistan ekspertləri Türkiyə-Rusiya yaxınlaşması fonunda Qarabağ münaqişəsinin həlli imkanlarını dəyərləndirirlər.

Yenicag.ru xəbər verir ki, Rusiyalı türkoloq Viktor Nadein-Rayevski Ermənistanın “168 jam” qəzetinə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşünü çərh edərək, bu çərçivədə erməniləri sakitləşdirməyə çalışıb:

“İstisna deyil ki, Türkiyə özünün doğrudan da, çox əhəmiyyətli olduğunu düşünür və bundan istifadə edərək, Rusiyadan müəyyən güzəştlərə nail olmağa səy göstərir. Bundan başqa, son aylarda baş tutan Türkiyə-Rusiya danışıqları öz mürəkkəbliyi ilə seçilib. Ancaq Ermənistan Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə Rusiyanın strateji tərəfdaşıdır. Rusiya öz müttəfiqlərini hər zaman qiymətləndirir və bütün məsələləri dostların lehinə həll edir”.

Rusiyalı politoloq Aleksey Malaşenko isə belə düşünür ki, Türkiyə Rusiya üçün əlverişli olmayan indiki situasiyadan – “Skripal işi”nə görə diplomatların qovulması və sair – faydalanmağa çalışa bilər. Ankara hesab edə bilər ki, Rusiya Türkiyənin heç bir tələbii geri çevirməz. Malaşenko hesab edir ki, aparılan müzakirələr və Türkiyənin müəyyən iddiaları Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etməyə şərait yarada bilər.

Ermənistanın əksər siyasətçiləri və politoloqları isə bu fikirdədirlər ki, geosiyasi müstəvvidə Türkiyə ilə Rusiyanın yaxınlaşması Rusiyyanın hələ İmperiya dövründən başladığı “Ermənistan layihəsi” sonunu gətirəcək. Ona görə də, Ermənistanlı ekspertlərinin əksəriyyəti ölkə hakimiyyətini Rusiyayönlü xarici siyasət kursundan imtina edərək, Qərblə münasibətləri gücləndirməyə çağırırlar.
Qeyd edək ki, Rusiyanın Ermənisstana hərbi polis kontingenti göndərməsindən sonra işğalçı ölkənin Qərbpərəst dairələri “ayıldılar” bunun nəticəsində qısa müddət ərzində ölkədə antiRusiya ovqatı gücləndi. İndi az qala hər kəs Ermənistan hakimiyyətindən Rusiyanın “ətəyini buraxmağı” tələb edir.

Rusiyalı ekspertlərin bəziləri isə Türkiyə-Rusiya yaxınlaşması nəticəsində Ermənistanda yaranmış antiRusiya isterikasını şərh etməyə həvəs göstərmirlər. Ancaq o ekspertlərin bir qismi, hətta aralarındakı ermənipərəstlər də çətin günlərini yaşayan Rusiyanın Türkiyə ilə imzaladığı sazişlərin vacibliyini gizlətmirlər və Moskvanın Qarabağ məsələsində gec-tez güzəştə gedəcəyini istisna etmirlər.

Yenicag.ru

www.yenicag.az

1986
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv