Gerasimov Putinin qəzəbinə tuş gələ bilər – SƏBƏB

Hazırda Ukraynanın Kursk əməliyyatını 10 mindən çox peşəkar hərbçi həyata keçirir. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskinin və Rusiya Baş qərargah rəisi Valeri Gerasimovun sonrakı taleyinə isə Kursk vilayətinə hərbi müdaxilə ilə aydınlıq gələcək. 

Yenicag.az xəbər verir ki, bu barədə “The Economist” nəşri məluma yayıb.

Nüfuzlu nəşrə görə, Kurska hücum Sırskinin planı olub və hələ ki Ukrayna ordusu bəzi ərazilərdə vilayətin dərininə 20 km-ə qədər girərək möhkəmlənə bilib.

“Lakin eyni zamanda, Ukraynanın oraya qoşun toplanmasına dair kəşfiyyatın xəbərdarlıqlarına məhəl qoymayan Gerasimov da Putinin qəzəbinə tuş gələ bilər. Ona görə ki Kremlin onunla bağlı səbri tükənir. Ukrayna Ordusunun Kurskda irəliləməsi dayandırılıb. Ukrayna ordusu 6 kənd və 1 şəhəri ümumilikdə 300 kvadrat kilometr ərazini nəzarətə götürüb”, – deyə məlumatda qeyd olunub.

Rafi Müslümov