!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gerçək soyqırımına məruz qalan türklərdirlər” – Tuqay Apa

!Reklam – Yazi

“Ermənilər və onların dəstəkçiləri qondarma “soyqırımı”ndan öz məqsədləri üçün istifadə etməkdən əl çəkmirlər”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə gerçəkləşən “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu çərçivəsində baş tutan “Qarabağ” Panelində çıxış edən Azərbaycan-Türkiyə Gəncləri Dostluq Dərnəyinin başqanı Tuqay Apa deyib.

Tuqay Apanın sözlərinə görə, erməniləri müdafiə edənlər onların saxta iddialarını dəstəkləməkdənsə, gəlib türklərə qarşı törədilmiş soyqırımını araşdırsınlar:
“1915-ci il ərəfəsində ermənilər Anadoluda üsyanlara başlayaraq, Osmanlı dövlətinə qarşı çıxdılar. O tarixdən sonra isə ermənilər və onların dəstəkçiləri qondarma “soyqırımı”ndan öz məqsədləri üçün istifadə etməkdən əl çəkmirlər.

Əslində isə soyqırımına məruz qalan bizim millətdir. “Soyqırımı”ndan danışanlar, gerçək soyqırımının necə olduğunu bilmək istəyənlər gəlib bunu araşdırsınlar. Türkiyə və Azərbaycan hər zaman birlikdədirlər, bu, belə da olacaq”.

www.yenicag.az

1294
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv