Gerçək “Süleyman Çakır” 22 il sonra AZADLIQDA- Türkiyənin ən böyük mafia liderinin kod adı nə idi?

Türkiyənin Cinayət Məcəlləsi ilə bağlı dəyişikliklərindən sonra məşhur mafia liderlərindən Əlaəddin Çakıcı azadlığa çıxıb. 

Yenicag.az xəbəbr verir ki, 1998-ci ildə Türkiyə ilə Avstriya polisinin ortaq əməliyyatı nəticəsində Fransanın Nice şəhərində yaxalanan mafia lideri həyat yoldaşına sui-qəsd də daxil olmaqla, müxtəlif cinayətlərdə ittiham olunurdu. 

Ancaq həm də “ülkücü baba” ləqəbi ilə də tanınan Əlaəddin Çakıcının milliyyətçi cameədə ciddi nüfuzu var. Abdullah Çatlı kimi əfsanə ülkücülərlə birlikdə xaricdə ASALA Terror Təşkilatına qarşı dövlət əməliyyatlarında iştirak etdiyi də vurğulanmaqdadır. Onun “Atilla” kod adı ilə dövlətin xaricdəki gizli əməliyyatlarında iştirak etdiyi də yayılan məlumatlar arasındadır. Belə ki, ABŞ, Balkanlar, Qafqaz və Avropada dövlət adına əməliyyatlar həyata keçirdiyi vurğulanmaqdadır. 

Türkiyənin “son kabadayısı” adlandırılan Əlaəddin Çakıcını ən son MHP lideri Dövlət Baxçalı ziyarət edərək, azadlığa çıxmasına çalışıldığını bildirmişdi. 

Həbsdən azad olan Çakıcının dostunun otelinə yerləşərək, istirahət etdiyi qeyd olunub. 

Qeyd edək ki, Türkiyənin unudulmaz serial qəhrəmanlarından “Süleyman Çakır” Əlaəddin Çakıcının prototipidir. 

COP29