Dünyanın bir sıra ölkələrində maraqlı toy adətləri var.
Yenicag.az onlardan ən qəribələrini təqdim edir.
Kolumbiyada gəlinin anası gərdək gecəsində bir kənarda oturub, cütlüyün ilk sevişməsinə şahidlik edir.
Pakistanda bəy gəlinin ailəsi tərəfindən sınaqdan keçirilir. Belə ki, gəlinin ailəsi bəyi ağır şəkildə təhqir edir. Əgər bəy səbrli davranıb bu təhqirlərə dözürsə, o zaman onların toyu baş tutur.
Tayvanda isə gərdək gecəsində bəyin əvəzinə onun dostu və ya qohumlarından biri girir. Səbəb kimi isə bəyin bu sıxıcı işə görə vaxt itirməməsi göstəririlir.
Mavritaniyada isə gəlinlər evlənməzdən öncə 100 kilo olmalıdırlar. Bəyin ailəsi mütəmadi olaraq gəlini yedizdirirlər. Əgər gəlin yeməkdən imtina etsə, bu zaman cəzaya məruz qalır.
Quamda bakirələrin evlənməsi qadağandır. Buna görə də qızlar toydan bir neçə gün əvvəl pul qarşılığında bakirəlik problemini həll edirlər.