“Adamlara D vitamini lazımdır, qoy insanlar nəfəs ala bilsinlər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında yeni növ koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən qadağalara münasibət bildirən millət vəkili Aqil Abbas səsləndirib.
Aqil Abbas qeyd edib ki, ilk növbədə toyların keçirilməsinə icazə verilməlidir:
“Məndən olsa, bütün qadağaları ləğv edərəm. Əvvəla, insanlara toy etməyə icazə verməlidirlər. İnsanları nə qədər bağlı saxlayacaqlar? Gün çıxır, çimərlik mövsümü gəlir.
Adamlara D vitamini lazımdır, qoy insanlar nəfəs ala bilsinlər. Amma bizim arzumuzla deyil ki… Gərək Ümumdünya Səhiyyə Təşkilatının bığının altından keçək ki, bizə icazə versinlər”.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Naqif Həmzəyev də qadağaalrın aradan götütrülməsinə çağırıb.
Aqil Bəkir