Gərgin Azərbaycan-İran münasibətlərinin həlli: “Böyüklərimiz deyib ki…”- ŞƏRH

“İranda Azərbaycan türklərinin milli haqları təmin olunmayana qədər Azərbaycan-İran münasibətləri gərgin olaraq qalacaq”.

Bunu gərgin Azərbaycan-İran münasibətlərinin gələcək taleyi barədə fikirlərini bildirən siyasi şərhçi Sədrəddin Soltan Yenicag.az-a açıqlamasında deyib.


O, bildirib ki, bu tip münasibətlər sağlam mühitə gətirib çıxara bilər:

“Bunun üçün İranın Azərbaycana qarşı iddialardan, saxtakarlıqdan əl çəkməsi vacibdir. İran region ölkələrinə fərqli münasibətlə yanaşır. Ermənistanı dəstəkləməsi Azərbaycan-İran münasibətlərini gərginləşdirir. Hesab edirəm ki, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıracağı zaman İran məsələyə fərqli yanaşacaq. O zaman Azərbaycan-İran münasibətləri normallaşacaq.

Böyüklərimiz deyib ki, İranda Azərbaycan türklərinin milli haqları təmin olunmayana qədər Azərbaycan-İran münasibətləri gərgin olaraq qalacaq. İndi də bunu gənc nəsilə çatdırmaq mənim vəzifəmdir”.

Nəsimi Ələsgərli