Gərgin iş şəraitində bəzən özümüzdən asılı olmayaraq qidamıza xüsusi diqqət yetirmirik. Nəticədə sağlam qidalanmamaq bizə artıq çəki və enerjisizlik kimi qayıdır.
Yenicag.az xəbər verir ki, bu problemlərlə üzləşməmək üçün sadəcə bir neçə məsləhətə riayət etmək kifayətdir:
Ofis şəraitində tez-tez yüksək kalorili şirniyyatlarla aclıq hissindən qurtulmağa çalışırıq. Bu cür qidalar isə sadəcə bir neçə dəqiqə toxluq hissi yaradır. Əgər ürəyiniz şirniyyat istəyirsə, meyvəli və südlü şirniyyatlar qəbul edə bilərsiniz. Lakin unutmayın, həftədə yalnız bir dəfə!
Hər iş yerində ara-sıra idmanla məşğul olmaq mümkün deyil. Lakin fürsət düşdükcə adi hərəkətlərlə özünüzü daha gümrah hiss edə bilərsiniz. Hər bir insan həftə ərzində orta hesabla 150 dəqiqə yeriməlidir. Əgər sağlam olmaq istəyirsinizsə, gündə 10 000 addım atmalısınız. Buna görə də, işə gedərkən və işdən qayıdarkən vaxtınızı səmərəli istifadə etməyiniz çox vacibdir.
Bunların heç birini edə bilmirsinizsə, mütləq səhər yeməyindən sonra işə başlayın. Səhər saatlarında qəbul olunan qidalar orqanizminizin daha sürətli çalışmasına səbəb olacaq. Gün boyu enerjili olmaq üçün səhər yeməyində təbii məhsullara üstünlük verin.