NATO-ya məxsus qırıcı təyyarə Rusiya Müdafiə nazirinin təyyarəsini sıxışdırıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda NATO-ya məxsus F-18 Hornet tipli qırıcı təyyarənin Rusiya Müdafiə naziri Sergey Şoyqunun Kalininqraddan Moskvaya uçan təyyarəsinə yaxınlaşmaq istədiyi qeyd edilib.
Nazirlikdən NATO qırıcısının nazirin təyyarəsini müşayiət edən iki Su-27 tipli qırıcı təyyarə tərəfindən uzaqlaşdırıldığı bildirilib.
Aqil Bəkir