Bəzi dırnağarası peşəkar sürücülər unudurlar ki, bu cür davranışlar problemdən çıxış yolu deyil.
Yenicag.az xəbər verir ki, yol hərəkəti qaydalarına əməl etməyənlər hər zaman xoşagəlməz məqamlarla rastlaşır – mübahisələrlə, cərimələrlə.
Sürücülərin başına gələn problemlərin əslində asan həlli yolu var – sükan arxasına əyləşərkən yol hərəkəti qaydalarına, əlini vicdanına qoyaraq daim əməl etmək. Əks halda xoşagəlməz məqamlar hər zaman yolunuzu kəsəcək.
Qanunu pozan sürücülərin polis əməkdaşı qarşısında dedikləri söz yığınından başqa bir şey deyil. Dövlət Yol Polisi işçilərinin növbəti reydi bunu bir daha sübut etdi.
Müxbirin “Niyə qaydaları pozursuz?” sualına sürücü “Get işinlə məşğul ol! Qaydanı pozmuşam, cəriməmi yazacaq” deyə cavab verib. Amma bu sürücü, müxbirdən fərqli olaraq öz işindən və yoldakı vəzifələrində deyəsən bixəbərdir. Sükan arxasına əyləşən bu şəxs sürücülük hüququ olmadan avtomobil idarə etsə də həvəsi ona baha başa gəldi.
Cibinizdən olmaq istəmirsinizsə əsl sürücü olun, yox əgər sürücü olmaq niyyətiniz yoxdursa onda sükanı belə saxlamayın! Nəzərə almaq vacibdir ki, yollarda məsuliyyətsizlik ən azından sizin özünüz üçün problem yaradır. Necə deyərlər nümunəvi sürücülərdən ibrət alaraq imkan verin qəzasız bəlasız günlərin sayı çoxalsın.